Çində 6 ballıq zəlzələ oldu

cinde-6-balliq-zelzele-oldu
Oxunma sayı: 826

Çinin cənub-qərbindəki Tibet Muxtar bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Naqçu şəhərində, hiposentri 10 km dərinlikdə qeydə alınıb.

İlkin məlumata görə, itki və xəsarət alan yoxdur.

Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti (USGS) zəlzələnin gücünü 5,7 olaraq qiymətləndirib.