Çingiz Qacar II Fəxri xiyabanda dəfn olundu

cingiz-qacar-ii-fexri-xiyabanda-defn-olundu
Oxunma sayı: 2848

Bu gün vəfat edən akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edilib.

"Qafqazinfo" xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.