ÇL-də 1/4 finalla yarımfinalın püşkü atılır

cl-de-14-finalla-yarimfinalin-pusku-atilir
Oxunma sayı: 1435

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılacaq.

"Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə saat 15:00-da start veriləcək. Püşkdə eyni ölkənin komandaları bir-birinə rəqib ola biləcəklər.

1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi

Çelsi (İngiltərə)

Liverpul (İngiltərə)

Mançester Siti (İngiltərə)

Bavariya (Almaniya)

Borussiya (Dortmund, Almaniya)

Real (İspaniya)

PSJ (Fransa)

Portu (Portuqaliya)