Çovdarova türmədə qulluq ediləcək - Aclığı dayandırdı...

covdarova-turmede-qulluq-edilecek
Oxunma sayı: 7715

Generalın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, A.Çovdarov aclıq aksiyasını dayandırmaqla bağlı qərar verib. 

***

Fasilədən sonra A.Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertiza keçirilməsi haqda məhkəmə qərarına ekspertin verdiyi rəy açıqlanıb.

Rəydə ekspertizanın keçirilməsinin indiki halda qeyri-mümkün olduğu qeyd olunub. Bildirilib ki, A.Çovdarov aclıq aksiyası keçirdiyi üçün səhhəti çox zəifdi və bu da ekspertizanın keçirilməsinə maneə olur. Həkimlər 15 gün ərzində generala qulluq edərək onun durumunu yaxşıya doğru dəyişməyə cəhd edəcəklər. Bundan sonra ekspertizanın keçirilib-keçirilməyəcəyinə qərar veriləcək.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək

***

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə brilyant alverçisi Şahmar Qurbanovun epizodu üzrə onun arvadı Nigar Məmmədova şahid qismində ifadə verib: “Hər şeyi Şahmarın dedikləridən bilirəm. Akif Çovdarovu tanımıram”.

A.Çovdarov isə səhhəti yaxşı olmadığı üçün ifadə verə bilməyəcəyini deyib.

S.Məmmədovun vəkili Cavid Rzazadə müdafiə etdiyi şəxsin anasının vəfat etdiyini, S.Məmmədovun tək övlad olduğunu bildirərək onun yas mərasimində iştirak etməsi üçün 1 günlük azadlığa buraxılması barədə vəsatət verib.

Məhkəmə kollegiyası vəsatəti təmin etməyib və bunun qeyri-mümkün olduğunu deyib.

Məhkəmədə fasilə elan olunub.

Murad Əhməd