COVID-19 dünyada gözlənilən ömür müddətini 1,5 ildən çox qısaldıb

covid-19-dunyada-gozlenilen-omur-muddetini-15-ilden-cox-qisaldib
Oxunma sayı: 1283

Beynəlxalq araşdırma nəticəsində COVID-19 pandemiyasında dünya üzrə gözlənilən ömür uzunluğunun azaldığı məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Universitetinin Sağlamlıq Ölçüləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) apardığı araşdırma, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığını və keçmiş artımların kəskin şəkildə geri çəkildiyini müəyyən edib.

IHME-də çalışan araşdırmaçılardan Dr. Austin E. Schumacher “Pandemiya zamanı ölkələrin və bölgələrin 84 faizində gözlənilən ömür uzunluğu azalıb. Bu, yeni patogenlərin dağıdıcı potensial təsirlərini ortaya qoyur”, - deyib.

Qeyd olunub ki, gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.