Cüdodan 3-cü qızıl medal - Aişədən isə gümüş + Yenilənib

cudodan-3-cu-qizil-medal
Oxunma sayı: 1906

İslam Oyunlarında cüdo yarışları davam edir.

"Qafqazinfo" xəbər verir ki, qadınlar arasında 48 kq çəki dərəcəsində Aişə Qurbanlı və Azərbaycan millisinə yeni cəlb olunmuş Erdenebar Bazzaraqça üz-üzə gəlib.

Erdenebat bu görüşdə 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Aişə Qurbanlı isə gümüşlə kifayətlənib.

***

Digər cüdoçumuz Orxan Səfərov türkiyəli Özlü Bəkirlə üz-üzə gəlib və rəqibini 2:1 hesabı ilə üstələyib. 

O cüdo yığmamıza 2-ci qızılı qazandırıb.

***

52 kq çəki dərəcəsində cüdoçumuz Nəzakət Əzizova finalda İrəm Korkmaza uduzaraq gümüş medal qazanıb.

***

Kişilər arasında cüdo yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şixəlizadə Əlcəzairli Houd Zourdani ilə qarşılaşıb. İdmançımı ipponla rəqibi üstələyərək qızıl medal qazanıb.

Beləliklə, cüdoda 3-cü qızıla sahib olduq.

***

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Kifayət Qasımova əlcəzairli Ratiba Tariketlə üz-üzə gəlib. İdmançımız bu görüşdə 0:1 hesabı ilə uduzub. O, gümüş medalla kifayətlənib.

***
63 kq çəki dərəcəsində cüdoçumuz Xanım Hüseynova finalda türkiyəli Büşra Kapıtoğluna uduzaraq gümüşlə kifayətlənib.