“Dağlıq Qarabağ məsələsində yeganə çıxış yolu...” - Kreml

dagliq-qarabag-meselesinde-yegane-cixis-yolu-
Oxunma sayı: 5699

“Dağlıq Qarabağ münaqişəsi hələ ki, həll olunmamış qalıb. Rusiya isə bu prosesin eyni vəziyyətdə qalmaması üçün ciddi səylər göstərir”.

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, bir ölkənin digərinə qarşı qeyd-şərtsiz bəyanatlar səsləndirməsi heç bir inkişafa yol aça bilməz:

“Hələlik sevinmək üçün hansısa bir irəliləyiş yoxdur. Amma bu məsələdə yeganə çıxış yolu 5 vasitəçinin həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”.