Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
Oxunma sayı: 2173

Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Xocavənddə aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 703-ə çatıb.