Daha bir general vəzifəsindən azad olundu - Yenilənib

daha-bir-general-vezifesinden-azad-olundu
Oxunma sayı: 22846

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Xəbəri rus dilində oxuyun: Ещё один генерал освобождён от должности

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.