Dalaşan yeniyetmə qızlar və valideynləri polisə dəvət edildi

dalasan-yeniyetme-qizlar-ve-valideynleri-polise-devet-edildi
Oxunma sayı: 10318

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.