“Darıxmağı şah damarından kəsib...”

darixmagi-sah-damarindan-kesib
Oxunma sayı: 1249



DARIXMAYACAQSAN... !


Darıxmayacaqsan!

Darıxmağı şah damarından kəsib,

Ayrılıq qanına atacaqsan!

Darıxmayacaqsan!

“Unutdum bitdi “ deyəcəksən.

Ağlın qəlbinə hökm edəcək,

“Üzülmək qadağandır” deyəcək,

Sonra,

Heç olmadığı bir yerdə

Onun qoxusun duyacaqsan.


Gülüşü bütün mənliyini bürüyəcək,

Qəlbin onun adıyla döyünəcək,

Sən yenə də darıxmayacaqsan!


Ona bənzəyən birini görəcəksən yolda gedərkən.

Əslində hər gördüyünü az-çox ona bənzədəcəksən.

Əl-ələ gəzdiyiniz,

Baş-başa sığındığınız,

Müqəddəs hesab etdiyiniz məkanlar

Tikan kimi ürəyinə batacaq.

“Keşgə indi yanımda olsaydı...” deyəcəksən.

İçin sızıldayacaq,

Gözün dolacaq,

Ama sən darıxmayacaqsan... !


Darıxmayacaqsan!

Özlemi qəzəbinlə zəhərləyib,

Nəfəsini kəsəcəksən.


Darıxmayacaqsan!

Ağladığını kimsəyə bildirməyəcəksən.

Gözlərin kədərlənib bir nöqtəyə zillənəndə yayındıracaqsan.

Qursağındakı keşgələri bütün gücünlə udqunacaqsan.

“Belə olmalıydı, mən düzgün olanı etdim” deyəcəksən,

“Görəsən o da mənimçün darıxırmı indi?” deməyəcəksən!

Artıq darıxmayacaqsan!


Peşman olacaqsan,

Yüz dəfə özünə hirslənəcəksən,

“Sən nə fərsiz adamsan” deyə hayqıracaqsan,

“O mənim hər şeyim idi” etirafıyla günahını yuyacaqsan,

Başını əllərinlə tutub,

Hıçqıracaqsan sızım-sızım...

Olsun, yenə də darıxmayacaqsan... !


Aradan illər keçəcək.

Nəhayət hər şey küllənəcək.

Bəlkə araya başqa eşqlər də girəcək,

Sonra bir gün bir dostun gələcək,

Durub-durduğu yerdə bir anda ondan danışacaq,

Zərbə alacaqsan, özünə nəzarətini itirib,

Key-key baxacaqsan,

Xatırlamıram rolu oynayacaqsan,

Halbuki içində yanıb,

Köz-köz qovrulacaqsan,

Buna baxmayaraq darıxmayacaqsan... !


Darıxmayacaqsan!

Darıxmağı öz alovunda yandırıb,

Kökünü qurudacaqsan.


Darıxmayacaqsan!

Gözlərinin rəngi səni maraqlandırmayacaq,

Uzun kirpikləri artıq sehirləməyəcək,

Saçları xəyallarını kölgələməyəcək,

İpək teli gülümsətməyəcək!

Sən xoşbəxtsən belə, görürsən?

Qəbul et artıq, onu sevmirsən.

Ah çəkməklərin belini büksə də,

Bütün taqətin tükənsə də,

Darıxmayacaqsan...

Əsla darıxmayacaqsan!