Daşkəsəndə 2 nəfər bıçaqlandı, saxlanılanlar var - Yenilənib

daskesende-2-nefer-bicaqlandi-saxlanilanlar-var
Oxunma sayı: 1666

Daşkəsəndə iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini orta yaşlı Asəf İsmayılov və 2010-cu il təvəllüdlü Cəsarət Ələkbərov bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə gətirilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

***

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Elgün Məmmədov və 18 yaşlı Zamin Rzazadə saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev