AK partiyasında baş tutan kritik toplantıdan sonra baş nazir Davudoğlu mətbuat konfransı keçirir.
“Qafqazinfo” xəbər verir ki, Davudoğlu çıxışında 20 aylıq baş nazirlik dönəmindəki fəaliyyətinin hesabatını verir. O bildirib ki, AK partiyasına sədrlik etdiyi dövrdə heç bir istefa yaşanmayıb, heç kim partiyadan qopmayıb: “Ən böyük hədəfim partiyamın birliyini qorumaq olub. Canla-başla çalışdım, millətim şahiddir”.
AK Partiya Konqresində namizəd olmamasına gəlincə Davudoğlu bildirib ki, bu qərarı almağında hər hansı məğlubiyyət duyğusu ya da peşmanlıq hissi yoxdur:
“Prezidentimizlə vəfa əlaqələrimizi son nəfəsimə qədər davam etdirəcəyəm. Onunla dostluğum hər şeyin önündədir. Prezidentimiz haqqında tək kəlimə mənfi söz ağzımdan çıxmadı, çıxmayacaq. Onun ailəsi mənim ailəmdir.
Mənə səs verməyən vətəndaşlarımıza səslənirəm. Əgər ürəyinizi qırmışamsa, üzr istəyirəm. Siyasi görüşlərimiz fərqli ola bilər, bu demokratiyanın bir şərtidir. Lakin ölkəmizin gələcəyi üçün ürəklərimiz eyni templə atmalıdır”.
Onu da əlavə edək ki, prezident Ərdoğan millət vəkilləri ilə görüşündə baş nazirin bu addımı ilə bağlı şərh verib və bildirib ki, bu, Davudoğlunun şəxsi qərarıdır.
Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, Baş nazir Davudoğlunun bu həftə Bosniya-Herseqovina planlaşdırılan səfəri təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər