“Dedim, çatan kimi xəbər et ki, ana, sağ-salamatam...” - Video

dedim-catan-kimi-xeber-et-ki-ana-sag-salamatam-video
Oxunma sayı: 10235

Aktauda baş verən qəza zamanı təyyarədə olan sərnişinlər arasında Ağdaşın Ərəb kəndindən olan 24 yaşlı Həbib İsmayılov da var.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, ailəsi və yaxınları Həbib İsmayılovdan heç bir xəbər tuta bilmir.

H.İsmayılovun anası Xalidə Məmmədova bildirib ki, sonuncu dəfə oğlu ilə təyyarəyə minəndə danışıb:

“Saat 8-ə qalmış danışmışdıq. Demişdim ki, çatan kimi mənə xəbər et ki, ana, sağ-salamatam. Dostları çağırırdı ki, gəl, iş var, işləyək”.

Ətraflı videomaterialda: