Dəhşətli qəzada ölən 6 qadın pambıqçı imiş - Yenilənib + Video

dehsetli-qezada-olen-6-qadin-pambiqci-imis
Oxunma sayı: 13274

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, ölənlər pambıqçılar olub. Belə ki, traktorun qoşqusu kanala aşıb, nəticədə 6 qadın boğulub.

Hadisə şahidlərindən zərərçəkmiş bir nəfər xəstəxanaya aparılıb.

Həlak olanların cəsədləri ailələrinə təhvil verilib.

***

İcra hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, Sabirabadın icra başçısı Nazim İsmayılov da hadisə yerində olub. 

***

Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov hadisə barədə “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, ölənlər Şəhriyar kəndinin sakinləridir: “ Mən hazırda işdəyəm. Amma hadisə barədə məlumatlıyam. Allah dünyasını dəyişən qadınlara rəhmət eləsin”.