Demetlə Oğuzhanın toyundan - Video + Fotolar

demetle-oguzhanin-toyundan
Oxunma sayı: 3862

Türkiyəli müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemirin toyu olub.

“Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, tədbir Sarıyerdə yerləşən hotellərin birində baş tutub.

Koçun nikah şahidi TV8-in sahibi Acun Ilıcalı, Özdemirin nikah şahidi isə “Gold Film”in sahibi Faruk Turgut olub. Cütlüyün toyuna çox sayda tanınmış sima qatılıb.

Özdemirin nikah gəlinliyi Eda Güngörün “Museum of Fine Clothing” brendindən, nikahdan sonra geyindiyi gəlinlik Nihan Pekerdən olub. “After party” üçün isə libası Alexander Mc Queen dəfiləsindən (London) olub.

Koçun Özdemirə aldığı hədiyyənin qiyməti müzakirəyə səbəb olub. Belə ki, bəy gəlinə 860 min lirə (80 512 AZN) qiymətində kolye alıb.

Toya qatılan Murat Boz və Murat Dalkılıçın “Salla Salla” dueti qonaqlara unudulmaz əyləncəli anlar yaşadıb.

Koçun geyindiyi hündürdaban ayaqqabı da izləyicilərin gözündən qaçmayıb.