Azərbaycanda dəmir yollarında sərnişin və yük daşımada qiymətlər artacaq.
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, dəmir yollarında da qiymətlər qalxa bilər: "Hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir. İşığın qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı ola bilər. Təbii ki, bu məsələ ilə bağlı yalnız rəhbərliklə razılışdırıldıqdan sonra qərar veriləcək".
Son xəbərlər
Son Xəbərlər