Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev və Anar Məmmədov Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə önünə əklil və gül dəstəsi qoyulub.
Anım ziyarətində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyəti səfiri Rəşad Məmmədov, diplomatlar, elm xadimləri də iştirak edib.






Son xəbərlər
Son Xəbərlər