Diakabinin aldığı zədə karyerasını bitirəcək?

diakabinin-aldigi-zede-karyerasini-bitirecek
Oxunma sayı: 3731

“Valensiya”nın futbolçusu Muktar Diakabi karyerasını bitirə bilər.

“Qafqazinfo”xəbər verir ki, buna səbəb futbolçunun “Real” la (2:2) keçirilən matçda ağır zədə almasıdır.

Həkimlər bildirib ki, oyunçunun yeriyə bilməsi sual altındadır: “Bizim görməli olduğumuz ilk şey Diakabinin yenidən yeriməsidir. Təəssüf ki, bu, çox ciddi zədədir və onun bir daha futbol oynamaması riski göz qabağındadır”.