Dilan Polatın avtomobili “Arka sokaklar”da - Video

dilan-polatin-avtomobili-arka-sokaklarda
Oxunma sayı: 5650

Dilan Polat daxil olmaqla Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomenlərinə aid lüks avtomobillərin polis maşınına çevrilməsi “Arka sokaklar” serialında mövzu olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 ildir davam edən serialın 662-ci bölümünün çəkilişlərində Polatın müsadirə edilən lüks maşınlarından istifadə edilib. Bu axşam efirə gedəcək “Arka sokaklar”ın anonsu qısa müddətdə müzakirələrə səbəb olub.

Belə ki, serialda “Rıza Baba” və komandasına ayrılan lüks avtomobil “Hüsnü Çoban”ın istifadəsinə verilir.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb.