DİN-dən “itirilmiş bağlamalar”la bağlı - Xəbərdarlıq

din-den-itirilmis-baglamalarla-bagli
Oxunma sayı: 5237

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

“Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə xaricdən idarə olunan saxta paylaşımlar artmaqdadır. Diqqətli olun, yalandır, feykdir. Dəstəkləyici rəylərlə insanları aldadırlar”, - qurum rəsmisi paylaşımında bildirib.