DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - Video

din-in-sexsi-heyeti-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 3537

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə “Qafqazinfo”ya DİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib, unudulmaz və müqəddəs xatirələri yad edilib.