“Dostlar”ın aktyoru vəfat etdi

dostlarin-aktyoru-vefat-etdi
Oxunma sayı: 3246

“Dostlar” serialı ilə məşhurlaşan amerikalı aktyor Metyu Perri 54 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb.

İlkin məlumata görə, o, boğularaq ölüb. Mənbə “TMZ”yə bildirib ki, Perri Kaliforniyadakı evində isti vannada tapılıb. Xilasedicilər ölümün ürək tutması ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, aktyor “Dostlar” serialındakı Çandler Binq rolu sayəsində geniş populyarlıq qazanıb. Perri, həmçinin “Ata 17 yaşındadır”, “Fırıldaqçılar”, “Doqquz Yard”, “Tələssən, insanları güldürürsən", “Cənab Günəş”, “Üçlü tanqo” filmləri ilə də tanınır.