Dövlət Baxçalının döş nişanında türk dünyası üçün mühüm - Mesaj

dovlet-baxcalinin-dos-nisaninda-turk-dunyasi-ucun-muhum
Oxunma sayı: 11265

Keçirdiyi xəstəlik səbəbindən 22 günlük fasilədən sonra partiyasının baş qərargahına yollanan MHP lideri Dövlət Baxçalı döş nişanı ilə diqqət çəkib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasətçinin döş nişanında Turan vahid türk dövlətinin tam xəritəsi əks olunub.

Qeyd edək ki, turançılıq ideyası bütün türk dünyasını vahid dövlət və bayraq altında birləşdirməyi nəzərdə tutur.

Xatırladaq ki, Dövlət Baxçalı yuxarı tənəffüs yollarının infeksiyasından əziyyət çəkirdi.