Dövlət Baxçalının üzündəki göyərmələrin səbəbi bəlli oldu - Fotolar

dovlet-baxcalinin-uzundeki-goyermelerin-sebebi-belli-oldu
Oxunma sayı: 10459

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bələdiyyə seçkilərində iştirak edib.

“Qafqazinfo xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

MHP sədri səsvermədən sonra açıqlama verib:

“Ümid edirəm ki, seçkilərin nəticələri ölkəmiz üçün faydalı olacaq. Biz seçkinin nəticələrini partiyadan izləyəcəyik”.

Qeyd edək ki, Baxçalının üz-gözündəki göylüklər diqqətdən yayınmayıb.

***

Bu gün səhər saatlarında Türkiyədəki bələdiyyə seçkilərində səsvermədə iştirak edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının üzündəki göyərmələr və qolunun sarğılı olması bir sıra yerli və xarici KİV-də müzakirələrə səbəb olub.

Bir müddətdir kamera önünə keçməyən partiya liderinin vəziyyəti barədə onun baş katibi belə açıqlama verib: “Evində qəza keçirib”.