Dövlət qurumlarında çalışanlara özəl təklif - Güzəştli şərtlərlə mənzil sahibi ola bilərsiniz

dovlet-qurumlarinda-calisanlara-ozel-teklif
Oxunma sayı: 11677

Dəyərli dövlət qurumlarının əməkdaşları, “Baku City Residence” şirkəti Vətənimizin inkişafına və xalqımızın rifahına verdiyiniz töhfələri yüksək qiymətləndirir, Sizə özəl endirim kampaniyası təklif edir.

Yalnız sizlər üçün nəzərdə tutulan kampaniya çərçivəsində 1 oktyabr - 31 dekabr tarixlərində “Baku City Residence Olimpik” yaşayış kompleksindən seçilmiş mənzillər üçün 10% həcmində güzəşt əldə edə bilərsiniz. Müasir standartlara uyğun mənzillərə sahib olmaq üçün “Baku City Residence” şirkətinin 36 ayadək daxili ödəniş və ya illik 8%-lə, 22 ilədək daxili bank ipoteka şərtlərindən yararlana bilərsiniz.

Əlverişi ərazidə və əsas nəqliyyat qovşağı üzərində yerləşən “BCR Olimpik” yaşayış kompleksi müxtəlif dövlət qurumları və inzibati binalara yaxınlığı ilə seçilir. ASAN Xidmət, DOST agentliyi, SOCAR, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi və “Azərsu” QSC-nin binaları, həmçini tikintisi davam etdirilən Mərkəzi Bankın yeni binası kompleksə piyada yürüyüş məsafəsindədir.

Bakı Olimpiya Stadionu və Milli Gimnastika arenasından bir neçə dəqiqəlik məsafədə yerləşən kompleks ətrafında Bravo Hipermarket, tədris mərkəzləri və digər iaşə obyektləri mövcuddur.

“Koroğlu” m/st və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə bir neçə dəqiqəlik məsafədə yerləşən kompleks, 9 ha ümumi sahəni əhatə edir. 16 mərtəbəli 8 yaşayış binasından ibarət kompleksdə 784 mənzil və 945 yerlik parkinq yeri mövcuddur.

Müasir dizayn və üslubda hazırlanmış 71.5 m2 və 79.3 m2 sahəli 1 otaqlı, 117.2 m2 və 108.2 m2 sahəli 2 otaqlı, 136.1 m2 və 146.4 m2 sahəli 3 otaqlı, 172.8 m2 sahəli 4 otaqlı mənzillər sizlər üçün əlverişli həyat şərtləri təmin edir. 

Kompleks daxilində həmçinin idman və uşaq oyun meydançaları, aparıcı məktəb şəbəkəsi, ticarət mərkəzləri, kafe və restoran yer alacaq, elektrikli avtomobillər üçün sürətli şarj stansiyaları quraşdırılacaq.

Təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğu kompleks, ərazisindəki park, geniş yaşıl həyət, Qərb və Şərq memarlıq üslubunu birləşdirən dizaynla sizlər üçün çeşidli seçim imkanları təqdim edir.

Kompleksin şəhərin mərkəzindən avtomobillə bir neçə dəqiqəlik məsafədə yerləşməsi və ictimai nəqliyyatın əlçatanlığı sizlərə böyük şəhərin tıxac problemindən xilas olmaq imkanı yaradır.

Kampaniya “Baku City Residence” şirkətinin gecə-gündüz xalqımızın rifahı üçün çalışan dövlət qurumlarının əməkdaşlarına göstərdiyi diqqətinin təzahürü və onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinin göstəricisidir.

Dəyərli dövlət qurumlarının əməkdaşları, “Baku City Residence” şirkətinin təklif etdiyi endirim kampaniyasından yararlanmaqla sərfəli şərtlərlə xəyalınızdakı mənzillərə sahib olmaq fürsətini qaçırmayın!

Telefon: (012) 121

E-mail: [email protected]

Daha ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://bcr.az/