DTX-nin növbəti reket “ovu” - Habil Vəliyev tutuldu

dtx-nin-novbeti-reket-ovu-
Oxunma sayı: 16567

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan ərazisində “reket” jurnalist fəaliyyəti ilə məşğul olan daha bir baş redaktorun cinayət əməllərini ifşa edib.

Qafqazinfo”nun Ölkə.az-a istinadən məlumatına görə, bununla bağlı DTX xüsusi əməliyyat keçirib. Bu şəxs “Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevdir.

Əməliyyat təqribən 1 saat öncə Mətbuat prospektində yerləşən “Nəşriyyat” binasında keçirilib.