BƏƏ-də keçirilən “Dubai Airshow 2025” şousu zamanı qəza baş verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, nümayiş uçuşu zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Pilotun katapult edə bilmədiyi və həlak olduğu bildirilir.
Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.
Qəzanın səbəbi hələ rəsmi olaraq müəyyən edilməyib.
Son xəbərlər
Son Xəbərlər