“Dünən axşam dedim ki, qaz iyi gəlir, nəsə olacaq” - Ev sahibi + Video

dunen-axsam-dedim-ki-qaz-iyi-gelir-nese-olacaq
Oxunma sayı: 5199

Xəbər verdiyimiz kimi, İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb:

“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Qaz sızması qonşuluqdakı evdə baş verib. Yeni tikilidir, orada qalan yoxdur”.  

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı”, - deyə əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fərid, ev sahibi Ceyhun İsmayılovun həyat yoldaşı Səidə İsmayılova xəstəxanaya aparılıblar. Xəsarət alan ev sahibinə isə hadisə yerində yardım göstərilib.