“Dünən ev almışdım, bu gün dağıldı” - Təl-Əviv sakini+Video

dunen-ev-almisdim-bu-gun-dagildi
Oxunma sayı: 12158

“Evimi dünən almışdım və bu gün İranın raket hücumu nəticəsində dağıldı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təl-Əviv sakini ölkənin yerli televiziyasına müsahibəsində deyib.

Qadının gözyaşları ilə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirə mözvusuna çevrilib.

Qeyd edək ki, İsrail KİV-də yayılan xəbərlərə görə, dünən axşam saatlarından etibarən İrandan atılan raketlər şəhərdə bir çox yaşayış binası və evləri dağıdıb. Bildirilir ki, şəhərdə yerləşən hündürmərtəbəli binalardan biri yerlə-yeksan olub.