Dünənki havaya görə bir nəfər öldü - Yenilənib

dunenki-havaya-gore-bir-nefer-oldu
Oxunma sayı: 3474

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Ötən gün saat 15 radələrində güclü küləyin əsməsi nəticəsində Xətai rayonu Zeytun küçəsində yerləşən hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımovun üzərinə aşıb.

Nəticədə həmin şəxs hadisə yerində həlak olub.  

Hazırda rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

Gülnar Əliyeva