Dünyada yeni növ koronavirusa yoluxanların sayı 20,6 min nəfəri keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Bildirilir ki, Çində 20 min 471 nəfər xəstəliklə mübarizə aparır, daha 23 min 214 nəfərin virusa yoluxma şübhəsi var. Hazırda 2 min 788 nəfərin vəziyyəti ağırdır. 425 nəfər dünyasını dəyişib, 680-dən çox insan sağalıb. Çin xaricində yeganə ölüm hadisəsi Filippində baş verib.
Çindən kənarda 24 ölkədə 176 nəfərdə koronavirus aşkarlanıb:
Tailand (25), Sinqapur (24), Yaponiya (21), Cənubi Koreya (16), Avstraliya (13), Almaniya (12), ABŞ (11), Malayziya (10), Vyetnam (10), Fransa (6), BƏƏ (5), Kanada (4), Hindistan (3), Filippin (3), İtaliya (2), Rusiya (2), Böyük Britaniya (2), Kamboca (1), Nepal (1), Şri-Lanka (1), Belçika (1), Finlandiya (1), İspaniya (1) və İsveç (1).
Son xəbərlər
Son Xəbərlər