Dünyada quşa ən real bənzəyən uçan aparat hazırlandı - Video

dunyada-qusa-en-real-benzeyen-ucan-aparat-hazirlandi
Oxunma sayı: 2428

Çin Mərkəzi Televiziyası (CCTV) dünyanın ən real quşa bənzər ornitopterinin görüntülərini yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssislər quş kimi qanadlarını çırparaq uçan yeni pilotsuz aparatın hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.

Qeyd edək ki, ornitopter qanadlarını çırparaq uça bilən təyyarələrə verilən addır.

“Kiçik Şahin” adlı ornitopterin dizaynı, tədqiqat və təkmilləşdirmə prosesi ilə sınaq mərhələlərini əhatə edən görüntüləri “X” platformasında paylaşılıb.

Ornitopter Sian Şimal-Qərb Politexnik Universitetində (NWPU) tədqiqatçılar qrupu tərəfindən hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, belə dronların vəhşi heyvanları narahat etmə ehtimalı azdır.