Dünyanın ən çox ziyarət olunan şəhərləri bunlardır

dunyanin-en-cox-ziyaret-olunan-seherleri-bunlardir
Oxunma sayı: 6267

2023-cü ilin “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında, Türkiyənin iki şəhəri ilk beşlikdə yer alıb.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq araşdırma şirkəti “Euromonitor International” 2023-cü ildə ən çox ziyarət olunan şəhərlərin adlarını açıqlayıb.

Siyahıda birinci yeri İstanbul tutub.

18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə Dubay üçüncü yeri tutub.

Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdə qərarlaşıb.

Reytinqdə Honq Konq geri düşüb. Koronavirus epidemiyasından əvvəl müntəzəm olaraq dünyanın ən çox ziyarət edilən şəhəri seçilən Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.

Sıralamada şəhərlər aşağıdakı kimi qeyd olunub:

1.İstanbul (Türkiyə),

2.London (İngiltərə),

3.Dubay (Birləşmiş Ərəb Əmirlikləri),

4.Antalya (Türkiyə),

5.Paris (Fransa),

6.Honq Konq (Çin),

7. Banqkok (Tayland),

8. Nyu-York şəhəri (ABŞ),

9.Kankun (Meksika),

10. Məkkə (Səudiyyə Ərəbistanı)