Dünyanın ən kədərli 12 saniyəsi... - Fotolar+Video

dunyanin-en-kederli-12-saniyesi
Oxunma sayı: 7846

Çində 361 nəfərin həyatına son qoyan koronavirus Uhanda dəhşətli görüntülərə səbəb olmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, virusa yoluxan və xəstəxanada karantin otağına yerləşdirilən körpənin sosial şəbəkələrdə yayılan videosu hər kəsi qəhərləndirib. Belə ki, atasından onu qucağına almasını istəyən azyaşlı ona doğru qollarını açır.

Uşağı götürə bilməyən ata bu zaman göz yaşlarını saxlaya bilmir. Görüntülər “dünyanın ən kədərli 12 saniyəsi” adlandırılıb.