Dünyanın ən zəngin ailələri açıqlandı

Dünyanın ən zəngin ailələri açıqlandı
Oxunma sayı: 5722

“Bloomberg” işgüzar xəbərlər agentliyi dünyanın ən zəngin ailələrinin reytinqini dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi gəliri, 24 faiz artaraq, 1,4 trilyon dollara bərabər olub.

Məlumatlara əsasən, birinci yerə “Walmart” supermarketlər şəbəkəsinin sahibi olan Uoltonlar ailəsi (ABŞ) çıxıb. Onların var-dövləti 191 milyard dollar təşkil edib.

“Mars” şokolad batonlarının istehsalı ilə məşğul olan Marslar ailəsi isə ikinci yerdə qərarlaşıb. Onların gəliri 127 milyard dollar təşkil edib.

İlk üçlüyü 125 milyard dollar gəlirlə Devid və Çarlz Kohilər tamamlayıb. Onlar “Koch Industries” neft-kimya kompaniyasına rəhbərlik edirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi