Əfqanıstan bu il BMT-də təmsil olunmayacaq

efqanistan-bu-il-bmt-de-temsil-olunmayacaq
Oxunma sayı: 768

Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsi Qulam İsakzai BMT Baş Assambleyasına xitab etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, “Taliban”ın BMT-də təmsil olunmaqla bağlı tələbindən sonra bu qərarı verib.

Onun BMT-də çıxışla bağlı qərarını dəyişdirməsindən sonra Əfqanıstan BMT Baş Assambleyasının 76-cı sessiyasında təmsil olunmayacaq.

Xatırladaq ki, “Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib.

“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi