Əfqanıstanda da zəlzələ oldu

efqanistanda-da-zelzele-oldu
Oxunma sayı: 1278

Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 62 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.