Əfvin icrasına başlanıldı - Rəşadət Axundov evində+Fotolar

efvin-icrasina-baslanildi
Oxunma sayı: 7186

Bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının artıq icrasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, adı əfv siyahısına düşən Müsavat partiyasının üzvü Sirac Kərimli, NİDA vətəndaş hərəkatının üzvləri Rəşadət Axundov, Ömər Məmmədov, hüquq müdafiəçisi Rəsul Cəfərov, Hilal Məmmədov, Yadigar Sadıqov artıq evlərindədirlər.

Əfvə düşən şəxslərin əksəriyyətinin bu gecə evinə yola salınacağı gözlənilir.

Xatırladaq ki, bu dəfəki əfv siyahısına 148 nəfər düşüb. Sözügedən siyahıda NİDA vətəndaş hərəkatının digər üzvləri Rəşad Həsənov, Məmməd Əzizovun da adı var.

Bundan başqa, əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azad edilib. Onlardan Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlını göstərmək olar.

Rəsul Cəfərov

Sirac Kərimli oğlu ilə

Ömər Məmmədov

Hilal Məmmədov

Yadigar Sadıqov