Əhaliyə koronavirusla bağlı tövsiyələr... - Bunlara əməl edin!

Əhaliyə koronavirusla bağlı tövsiyələr...
Oxunma sayı: 7076

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələr verib.

"Qafqazinfo" həmin tövsiyələri təqdim edir:

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

• Əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

Əllərinizi yuyun

• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun

• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun

Qida təhlükəsizliyini tətbiq edin

Xəstə və ölü heyvanlar yeyilməməlidir

Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər

Sağlam qalın!

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

Gözlərə, burun və ya ağzınıza toxunmayın

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun

Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın

Ət məhsullarını və yumurtanı tam bişirin

Canlı olan vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi