Əliyev Soçidə Putinlə görüşdü - Fotolar

eliyev-socide-putinle-gorusdu
Oxunma sayı: 3939

Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli ticarət-iqtisadi əlaqələrində müsbət dinamikanın müşahidə olunduğunu bildiriblər.

“Şəxsi təmaslarımızda fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ticarət və iqtisadi əlaqələr güclənir. Belə ki, keçən il ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib”, - deyə Putin vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, ölkələrin bu istiqamətdə yaxşı perspektivləri var:

“Mən Azərbaycan Prezidentinin müəllifi olduğu planları nəzərdə tuturam. Öz tərəfimizdən bu xüsusi layihələri həyata keçirmək üçün əlimizdən gələni edirik. Digər sahələrdə əlaqələrin necə inkişaf etdiyinə dair fikir mübadiləsi etməliyik. Ümid edirəm ki, bu gün buna müvəffəq olacağıq və maraqlı bir ümumi müzakirədə iştirak edəcəksiniz”.

Öz növbəsində, İlham Əliyev görüşün təşkilinə görə Rusiya liderinə təşəkkür edib.

“Qeyd etdiyiniz kimi, bir müddət, daha doğrusu, dörd ay görüşmədik. Keçən ilki təmaslarımızın intensivliyini nəzərə alsaq bu, çox uzun bir müddətdir” deyə bildirən İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq adlandırıb.

Azərbaycan Prezidenti iqtisadiyyatdakı müsbət dinamikaya da diqqət çəkib:

“Ticarət həm keçən il, həm də bu il böyüyür. Əldə etdiyimiz məlumatlara görə, avqust ayına qədər artım 20% -dən çox idi. 

Bizim üçün Rusiya vacib tərəfdaş, dost, yaxşı qonşudur. Bu münasibətləri qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı töhfə olacaq”.