Əlövsət Baxşıyevin qardaşı oğlu vaxtından əvvəl azadlığa buraxıldı

elovset-baxsiyevin-qardasi-oglu-vaxtindan-evvel-azadliga-buraxildi
Oxunma sayı: 2921

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş inspektoru Azər Baxşıyev vaxtından əvvəl azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 3 il həbs cəzası təyin edilmiş sabiq gömrükçü cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, A.Baxşıyev Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, 2022-ci ilin avqustunda Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdi.

Sail Ağasəlim