Yeni Əmək Məcəlləsi hazırlanır.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.
“Uzun illərdir Əmək Məcəlləsinin üzərində təkmilləşdirmə işləri gedir. Yeni bir Əmək Məcəlləsinin işlənib hazırlanmasının və qəbul olunmasının astanasındayıq. Bu gün müzakirə etdiyimiz Əmək Məcəlləsi və daha 17 qanunvericilik aktına 457 dəyişiklik təklif edilir. Bu bizim son illərdə qəbul etdiyimiz ən böyük dəyişikliklər olacaq qanun layihəsidir”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər