Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

emekdar-medeniyyet-iscisi-koronavirusdan-dunyasini-deyisdi
Oxunma sayı: 3922

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, “İçərişəhər” Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.

Allah rəhmət eləsin!