Əməkdar məşqçi faciəvi şəkildə öldü - Foto

emekdar-mesqci-facievi-sekilde-oldu
Oxunma sayı: 6445

Dekabrın 24-nə keçən Sumqayıtda moped sürücüsünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 23 radələrində 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovun idarə etdiyi moped 41-ci məhəllə adlanan ərazidə beton maneəyə çırpılıb. Nəticədə ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Bildirilir ki, qəzada dünyasını dəyişən F. Bağırov tanınmış cüdo məşqçisidir.

Dünya Avropa mükafatçısı olan Füzuli Bağırov idman ustası və Azərbaycanın Əməkdar məşqçisi olub.