Ən kiçiyinin 14, ən böyüyünün 39 yaşı olub... - Fotolar

en-kiciyinin-14-en-boyuyunun-39-yasi-olub
Oxunma sayı: 12839

İsveçrənin Kran-Montana kurortundakı barda baş vermiş dəhşətli yanğın nəticəsində həlak olan şəxslərin anım mərasimi keçirilib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, yüzlərlə şəxs dağ-xizək kurortunun küçələrindən səssiz keçid edərək yanğın qurbanlarının xatirəsini yad ediblər.

Artıq həlak olanların şəxsiyyəti də müəyyən edilib. Hadisə qurbanlarının 14-39 yaş aralığında olduğu bildirilir.

Məlumata görə, yanğın zamanı həlak olanlar İsveçrə, İtaliya, Rumıniya, Türkiyə, Portuqaliya, Fransa, Belçika, Birləşmiş Krallıq, Fransa və İsrail vətəndaşlarıdır. 

Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda şənlik zamanı partlayış olub, daha sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 40 nəfər ölüb, 119 nəfər ağır xəsarət alıb. Barın rəhbərliyi barəsində cinayət işi başladılıb. Vilayətin baş prokuroru isə dəhşətli yanğına Benqal şamlarının səbəb ola biləcəyini açıqlayıb.