Ər öldü, arvadı xəstəxanalıq oldu - Bakıda yol qəzası + Foto

er-oldu-arvadi-xestexanaliq-oldu-
Oxunma sayı: 3874

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo” xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Salyan rayon sakini Mübariz Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Almara Kərimova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.