“Ərdoğan Putin və Zelenski arasında dialoq təşkil edə bilər”

erdogan-putin-ve-zelenski-arasinda-dialoq-teskil-ede-biler
Oxunma sayı: 1494

“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Bu iki ölkə arasındakı gərginliyin həll olunmasında üzərimizə düşəni etməyə çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) ev sahibliyi ilə keçirilən 7-ci MED Aralıq dənizi Dialoq Forumu üçün Romaya səfər edən Prezidentin sözçüsü İbrahim Kalın Türkiyədəki regional və beynəlxalq hadisələri dəyərləndirib.

Ərdoğanın daha əvvəl bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə təklif verdiyini xatırladan Kalın deyib:

"Əsas çağırışımız təbii ki, bu problemi öz aralarında həll etsinlər. Əgər bunu edə bilsələr, təbii ki, bu, ideal vəziyyət olardı. Amma bu baş verməsə, Türkiyə də rol oynaya bilər. Məsələlərin həlli istiqamətində addım ata bilər. Çünki bizim hər iki tərəflə yaxşı münasibətimiz var. Bir çox Qərb dövlətlərinin Rusiya ilə birbaşa konstruktiv əlaqələri yoxdur, amma Türkiyənin belə xüsusi mövqeyi var. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında dialoq təşkil edə bilər".