Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

erdogan-reisi-ile-qezzani-muzakire-etdi
Oxunma sayı: 2410

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüşdə Qəzzadakı vəziyyət, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə qalıcı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.

Ərdoğan İran və Türkiyənin müvəqqəti atəşkəsin qalıcı olması və daimi sülhün əldə edilməsi üçün birlik içində çalışmağa davam edəcəklərini bildirib.

Görüş zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.