Ərdoğan Suriyada əməliyyata başlamaq əmrini belə verib - Foto

erdogan-suriyada-emeliyyata-baslamaq-emrini-bele-verib
Oxunma sayı: 5872

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında əməliyyatlara başlamaq əmrini verdiyi anın görüntüləri yayılıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan “Sülh Pınarı Hərəkatı”nın başlandığını Tvitter vasitəsilə elan edib. 

“Türk Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Sülh Çeşməsi Hərəkatı”na başlayıb. Məqsədimiz cənub sərhədimizdə qurulmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirməkdir. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bölgə əhalisini terrorun pəncəsindən qurtaracağıq”.